
İmişli sakinini cərəyan vurub
İmişli rayon sakinini elektrik cərəyanı vurub. Bədbəxt hadisə bu gün səhər saat 10:00 radələrində Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində qeydə alınıb.
İmişli rayon sakini 53 yaşlı Ələsgərov Eldar Mayıl oğlu İmişli istiqamətində hərəkətdə olarkən "KamAZ" markalı yük avtomobilini yol kənarında saxlayaraq, həmin yolun üzərindən keçən yüksək gərginlikli elektrik naqilinin onun yük avtomobilinə toxunub-toxunmadığını yoxlamaq istəyib. Yük maşınının üzərinə çıxan sürücü səhlənkarlıq edərək, yüksək gərginli elektrik naqilinə toxunub. Nəticədə cərəyan güclü olduğundan, onu vuraraq asfalt yola çırpıb.
Yaralı dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər