Bakıda 69 yaşlı kişi özünü asıb

Bakıda 69 yaşlı kişi özünü asıb

1 İyul 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, Sabunçu rayonu, Ramana-450 qəsəbəsində yaşayan, Şuşa rayonu Malıbəyli kənd sakini, 1942-ci il təvəllüdlü Əsədov Sərdar Mürşüd oğlu iyunun 30-da günorta saatlarında intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən həyətyanı sahəsindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Tofiq Əliyev

O.M.