Ərini bıçaqlayan qadın: "Məni qısqanmırdı"

Ərini bıçaqlayan qadın: "Məni qısqanmırdı"

2 Aprel 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirli bilinən 1986-cı il təvəllüdlü Nüşabə Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. N. Rəhimova ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində əri Şamil Rzayevi (ad şərtidir) onu qısqanmamağına, uşaqlara və ona doğru-düzgün baxmadığına görə bıçaqladığı nı deyib. Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il yanvar ayında Binəqədi rayonunda baş verib. 28 yaşlı Nüşabə Rəhimova münaqişə zəmnində həyat yoldaşı Şamil Rzayev (ad şərtidir) yatdığı yerdə bıçaqlayıb. Xəstəxanaya çatdıralan kişinin həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Nüşabə Rəhimova 15 yaşında Ş. Rzayevə qoşularaq qaçıb. N. Rəhimovanın anası da bir neçə il bundan qabaq ərini öldürüb.

Mediainfo.az