
Yağışlı hava davam edəcək
Sabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq. Aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə duman, çiskin olacaq, hava gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir küləyin sürəti güclənəcək, axşam nisbətən mülayimləşəcək.
Havanın hərarəti gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olma ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacaq.
Mediainfo.az