Rusiya prezidentinin saytı haker hücumuna məruz qaldı
Bu həftənin çərşənbə günü Rusiya prezidenti Dmitri Medvedyevin internet bloqu hakerlərin hücumuna məruz qalıb. Nəticədə 1 saat fəaliyyətini dayandırıb. Sayt açılan kimi prezident ilk olaraq bu cümlələri yazıb: "Bu kiberhücum olduqca həyasızcasına və hiddətverici idi. Prezident həmçinin faktı araşdırmaq və günahkarları cəzalandırmaq barədə hüquq-mühafizə orqanlarına tapşırıq verdiyini bildirib.
Mütəxəssislərin fikrincə, hakerlərin bu hücumu seçkiqabağı marafonun tərkib hissəsidir.
Xatırladaq ki, Rusiya prezidenti fəal internet istifadəçisidir. Onun ən çox daxil olduğu sayt 5 milyon istifadəçisi olan "Live Journal"dır.
O.M.
Digər xəbərlər