Ceyhun Osmanlının atası işindən azad edilib

Ceyhun Osmanlının atası işindən azad edilib

2 Aprel 2015 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Ceyhun Osmanlının atası Yunus Osmanov vəzifəsini itirməli olub. Lent.az-ın məlumatına görə, deputatın atasının vəzifədən getməsinə səbəb icra hakimiyyətlərində həyata keçirilən sturuktur islahatlarıdır. Y. Osmanov Göyçay rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışırdı. Bundan başqa, o, rayon İH-nin aqrar məsələlər şöbəsinə rəhbərlik edirdi.

Aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Y. Osmanovun adı rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb. Fakt İcra Hakimiyyətindən təsdiqlənib.

Mediainfo.az