Neft maqnatı evində ölü tapıldı

Neft maqnatı evində ölü tapıldı

1 Aprel 2015 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Getty Oil"in varisi Endrü Qetti Los-Ancelesdəki evində ölüb

ABŞ-ın "Getty Oil" neft şirkətinin yaradıcısı Qordon Qettinin varisi və nəvəsi 47 yaşlı milyarder Endrü Qetti Los-Ancelesdəki evində ölü tapılıb.
ANS-in məlumatına görə, biznesmenin ölüm səbəbi anlaşılmaz olaraq qalır. Hazırda polis araşdırmanı davam etdirir.
Ölən iş adamının babası Pol Qetti bir müddət ABŞ-da ən zəngin insan hesab olunub.
Mərhumun atası Qordon Qetti "Forbes" versiyasına görə ən zəngin insanların siyahısına daxil olub.

Mediainfo.az