Balıq tutanı elektrik cərəyanı vurub

Balıq tutanı elektrik cərəyanı vurub

1 Aprel 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Neftçalada çaydan balıq tutan Lənkəran sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün günorta saatlarında Lənkəran rayon sakini, 1950-ci il təvəllüdlü Cəfərov Sorab Möhübbət oğlu Neftçala rayonunun Qaçaqkənd ərazisində Akkuşa çayında balıq tutarkən tilov yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə o, elektrik cərəyanı vurmasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılr.

Mediainfo.az