Bakıda maşını evakuatorla aparılan şəxs özünü yandırdı!

Bakıda maşını evakuatorla aparılan şəxs özünü yandırdı!

1 Aprel 2015 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 36 yaşlı kişi ofisdə özünü yandırıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Bir neçə dəfə avtomobili cərimə meydançasına aparılan şəxs buna etiraz edib. Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az