
SON DƏQİQƏ! Türkiyədə AKP-nin binasına hücum edilib! - FOTO
Basqınçıların məqsədi hələ bəlli deyil
Türkiyədə iki nəfər silahlı şəxs hakim Ədalət və inkişaf Partiyasının (AKP) qərargahına girib. Kartal rayonunda yerləşən partiya qərargahının qarşısındakı yol polislər tərəfindən bağlanılıb. Silahlılar binaya girdikdən sonra binanın içindən silah səslərinin eşidildiyi bildirilib. Binaya daxil olanların pəncərə önündə dayanıb aşağı baxdıqları və Türkiyənin dövlət bayrağını açıb salladıqları görünür. Hadisə yerinə çevik polis qüvvələri və təcili yardım maşınları cəlb olunub. Polis ərazidə təhlükəsizlik tədbirləri görür. Əlavə məlumat veriləcək... (musavat)
Mediainfo.az
Digər xəbərlər