Şeyx mükafatlandırılıb - Foto

Şeyx mükafatlandırılıb - Foto

31 Mart 2015 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində "Dərbənd - üç dinin şəhəri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

QMİ-dən Apa -ya verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçılarına müraciət məktubunu oxuyan müfti S.Musayev onun xeyir-dualarını Dərbənd əhalisinə yetirib.

Beynəlxalq konfrans çərçivəsində QMİ sədri Şeyxülislam Allahşukur Paşazadə UNESCO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb. O, Fəxri Fərmanla "mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə UNESCO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə" təltif olunub.

Mediainfo.az