
Bazarın qarşısında naməlum qadın meyiti tapılıb
Bakıda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1952-ci il təvəllüdlü Vera İvanovna Cəfərova olduğu məlum olub.
Ölümün səbəbi keçiriləcək məhkəmə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
===========
Bakıda küçədə qadın meyiti aşkar edilib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, meyit bu gün günorta saatlarında "Montin" bazarının qarşısında aşkarlanıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində iş aparır.
Mediainfo.az
Digər xəbərlər