Xeyli silah-sursat tapılıb

Xeyli silah-sursat tapılıb

31 Mart 2015 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl rayonunda polis xeyli silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çaykənd kəndinin ərazisindən 1 ədəd qumbaraatan, 1 ədəd "AKM-74", 1 ədəd "AKMS" silahları, 2 ədəd "Karabin", 2 ədəd "TOZ-8" və 1 ədəd "TOZ-16" markalı tüfənglər, 29 ədəd lüləaltı qumbaraatan üçün mərmi, 3 ədəd qumbara, 3 ədəd mərmi, 1387 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq, 25 ədəd patron darağı və 1 ədəd patron darağı üçün çanta tapılıb.

Mediainfo.az