
Avtomobil qaçırıb iki nəfəri öldürdü
Ağdaş sakini qaçırdığı avtomobillə özünün və sərnişinin ölümünə səbəb olan qəza törədib.
Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyimiz məlumata görə, martın 30-da Ağdaş rayonunun Orta Ləki kənd sakini Hicran Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək martın 29-da "Hyundai" markalı avtomobilinin qaçırıldığını bildirib. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin şəhər sakini Rəşad Sadıqov tərəfindən qaçırıldığı və Yevlax rayonunun ərazisində idarə edilərkən yol-nəqliyyat hadisəsi nəticəsində onun özünün və sərnişini Ramin İsayevin öldüyü müəyyən edilib.
Araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər