
Sabah 19 dərəcə isti olacaq
Martın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcəyi, axşam buludların artacağı gözlənilir. Gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.
Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 4-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı ehtimal olunur.
Mediainfo.az
Digər xəbərlər