"Astoriya"da baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır

"Astoriya"da baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır

23 Mart 2015 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktının baş verməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır. Qeyd edək ki, martın 20-də Yasamal rayonunda yerləşən "Astoriya" Tibb Mərkəzində 1986-cı il təvəllüdlü İlahə Musazadə qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.

Mediainfo.az