Əfv sərəncamına başlanılıb

Əfv sərəncamına başlanılıb

19 Mart 2015 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrası başa çatıb. Bu barədə Apa-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə TN-nin qarşısında "Hicaba azadlıq" adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və "NİDA" Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.

Mediainfo.az