Son dəqiqə: Məşhur xanımı döyənlərin məhkəməsi başladı

Son dəqiqə: Məşhur xanımı döyənlərin məhkəməsi başladı

17 Mart 2015 17:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protestinə baxılır.

Qapalı keçirilən prosesdə iş üzrə təqsirli bilinən Elin və Zaur Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılır.

Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

Məhkəmə prosesi təxirə salınaraq keçirilməsi sabaha qalıb

Mediainfo.az