Sabahdan hava mülayimləşəcək

Sabahdan hava mülayimləşəcək

17 Mart 2015 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti sabahdan etibarən mülayimləşəcək.

Sabah gündüzdən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Martın 18-də və 19-da Azərbaycanda əsasən yağmursuz və mülayim hava şəraiti müşahidə ediləcək. Martın 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq dağətəyi rayonlarda sulu qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 0-4 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Mediainfo.az

Qeyd edək ki, əvvəldən xəbər verildiyi kimi, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib.