Sirac Kərimliyə hökm oxunub

Sirac Kərimliyə hökm oxunub

16 Mart 2015 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Apa-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

Mediainfo.az