Bu gün səhər saatlarında Yaponiya silkələnib

Bu gün səhər saatlarında Yaponiya silkələnib

30 İyun 2011 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

30 iyun 2011-ci il tarixində Bakı vaxtı ilə saat 04:20-də Yaponiyada bir-birinin ardınca bir neçə zəlzələ baş verib. Yeraltı təkanların maksimal gücü 4,9 bal təşkil edib. Nəticədə, Maçumato şəhərində 11 nəfər xəsarət alıb. Həmçinin, tikililərin zədələndiyi qeyd edilir. Tələfat olmayıb. ABŞ Geoloji Xidmətinin verdiyi məlumata əsasən, zəlzələnin episentri Yaponiyanın mərkəzində yerləşən Naqano prefekturasından 76 km cənub-qərbdə qeydə alınıb. Sunami təhlükəsi yoxdur. Seysmoloqlar təkrar təkanların baş verə biləcəyini istisna etmir.

Zəlzələ yaponları yenə vəlvələyə saldı.

Günel Həbib

O.M.