
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
"Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq"
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək.
Bunu Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.
M. Abdullayevin sözlərinə görə, gücləndirilmiş iş rejiminə mart ayının 16-da keçiləcək və 28 mart tarixinə kimi davam edəcək.
"Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq", - deyə M. Abdullayev bidlrib.
Qurum rəsmisinin sözlərinə görə, adi günlərdə Bakı Beynəlxalq Avtovağzalından 7 500 - 9 000 sərnişin yola salınırdısa, bayram ərəfəsində 600-dən artıq nəqliyyat vasitəsinin yola salınması və 15 000-ə qədər sərnişin daşınması nəzərdə tutulur.
Mediainfo.az