
Ermənistan öz nümayəndəsini Azərbaycana göndərir
Ermənistan əl-ayağa düşüb. Kimisi Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsinə qatılmamağın tərəfdarıdır, bəzi ictimai orqanlar isə əksinə, iştirakın vacibliyini vurğulayırlar. Hazırda seçim turlarının startının tarixi müəyyənləşdirilməkdədir. Bu, o deməkdir ki, Ermənistan 2012-ci ildə öz nümayəndəsini Azərbaycanda təşkil olunacaq "Eurovision" müsabiqəsinə göndərməyə hazırlaşır. Ümumiyyətcə götürsək, Azərbaycan növbəti ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində Ermənistan da daxil olmaqla bütün ölkələrin nümayəndə heyətləri üçün lazımi şərait yaratmağa hazırdır. "Müsabiqənin şərtlərinə uyğun olaraq Azərbaycan Bakıda keçiriləcək "Eurovision-2012"-nin bütün iştirakçılarının iştirakını təmin etməyə hazırdır", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov qeyd edib.
Bütün Avropa ölkələrini qapımıza gətirdiyimiz kimi erməniləri də ayağımıza gətirdik.
Könül Aypara
O.M.