Piyada ağır qəzada öldü

Piyada ağır qəzada öldü

13 Mart 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Tengiz İsgəndərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Masallı rayon sakini Məmməd Novruzovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölub. Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az