Qaxda it dörd çobanı xəstəxanalıq edib

Qaxda it dörd çobanı xəstəxanalıq edib

13 Mart 2015 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonunun Sarıca qışlağında sahibsiz it qoyunların saxlanıldığı təsərrüfata hücum edərək 4 çobanı - Qax rayon İlisu kənd sakinləri, 54 yaşlı Zabit Musayevi, 83 yaşlı Əli Süleymanovu, 47 yaşlı Azər Məmmədovu və 84 yaşlı Əziz Musayevi yaralayıb. Bundan başqa, it qarşısına çıxan mal-qaraya və çoban itlərinə də hücum edərək xəsarət yetirib.

Xəsarət alan çobanlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

İtin dişlədiyi çobanların hamısı quduzluğa qarşı peyvənd olunub. Əsasən üz nahiyəsindən və əlindən xəsarətlər alan 84 yaşlı Əziz Musayev vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

İdarə tərəfindən həmin əraziyə baxış keçirilib, müvafiq tədbirlər görülüb, vəziyyət nəzarətə götürülüb. Yaralı heyvanlara və itlərə quduzluğa qarşı peyvəndlər vurulub.

Qeyd edək ki, çobanlara hücum çəkən it hələlik tapılmayıb.

Mediainfo.az