Cibgir qadın yaxalandı

Cibgir qadın yaxalandı

12 Mart 2015 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Nizami Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə martın 9-da qeydə alınıb. Bakı şəhər sakini Fidan İmaməliyevaya məxsus içərisində 2200 manatı və bankomat kartları olan çantanı oğurlanıb.

Fidan İmaməliyeva baş verən hadisə ilə bağlı 24-cü polis bölməsinə şikayət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Bənövşə Orucova tutulub.

Mediainfo.az