
Sirac Kərimova 8 il cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Sirac Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Musavat.com-un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən təqsirləndirilən Sirac Kərimova 8 il azadlıqdan məhrumetmə cəzası kəsməsini istəyib.
Qeyd edək ki, Sirac Kərimli keçən il iyul ayında Daxili İşlər Nazirliyinin Narkotikə Qarşı Baş İdarəsinin əməkdaşları tərəfindən Səbail rayonu ərazisində saxlanılıb. Ondan külli miqdarda narkotik maddə-heroin aşkar edilib. Sirac Kərimov Cinayət Məcəlləsinin 234. 4-cü maddəsi ilə ittiham edilib.
Onu da qeyd edək ki, Sirac Kərimovun qardaşı Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimov da eyni maddə üzrə həbs edilərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi martın 16-da davam etdiriləcək.
Mediainfo.az