ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-da helikopter qəzaya uğrayıb

11 Mart 2015 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Florida ştatında hərbi helikopter qəzaya uğrayıb.

"Sabah" qəzeti xəbər verir ki, hadisə zamanı 7-si dənizçi olmaqla 11 nəfər itkin düşüb. Hadisənin axşam saatlarında Floridanın şimal-qərbində yerləşən Eglin Hava Qüvvələri bazasında keçirilən təlim zamanı baş verdiyi bildirilib.

Qəzanın səbəbləri məlum deyil.

Mediainfo.az