Ağır qəza: 1 ölü, 2 yaralı

Ağır qəza: 1 ölü, 2 yaralı

11 Mart 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Yasamal rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, martın 11-də saat 01 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Bakı şəhər sakini Muxtar Mehdiyev idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Onun sərnişinlərindən həmyerlisi Xalid Umudov xəstəxanaya aparılarkən ölüb, özünə və digər sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az