
Türkiyə “RF-4E” təyyarələrindən istifadə etməyəcək
Türkiyə Hava Qüvvələri martın 12-dən etibarən "RF-4E" hərbi kəşfiyyat təyyarələrinin istismarını dayandırır.
Apa-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Hava Qüvvələrinin hava-raket müdafiə komandanı, ordu generalı Abidin Ünal açıqlayıb.
Modernləşdirilmiş "F-4" təyyarələri isə 2020-ci ilə qədər istifadə olunacaq.
Xatırladaq ki, bu il fevralın 24-də Malatyada 2 ədəd "RF-4E" təyyarəsi qəzaya uğrayıb, nəticədə 4 pilot həlak olub. Martın 5-də isə Konyada "F-4" təyyarəsi qəzaya uğrayıb və iki pilot ölüb.
Mediainfo.az
Digər xəbərlər