Atəşkəsin pozulması nəticəsində ordumuzun əsgəri yaralanıb

Atəşkəsin pozulması nəticəsində ordumuzun əsgəri yaralanıb

30 İyun 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində ordumuzun əsgəri yaralanıb. Hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev "APA"-ya açıqlamasında bildirib ki, 2010-cu ilin oktyabrında Şərur Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Sərxan Azər oğlu Əhmədov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hər şey vətən üçün...

Tofiq Əliyev

O.M.