
Bakıda növbəti fəhlə faciəsi
Bakının Nizami rayonunda faciəli hadisə baş verib. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən "Komfort-S" MMC-də operator işləyən Bakı şəhər sakini İsa Hüseynov MMC-nin həyətində hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər