
PKK-çının ölümünə görə mağazalar açılmadı
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda bu gün ticarət obyektləri açılmayıb.
Müsavat.com-un məlumatına görə, buna səbəb Kobanidə İŞİD-ə qarşı döyüşdə ölən PKK-çının cənazəsinin rayona gətirilməsidir. Rayonda sadəcə çörək sexi və aptelərin açıq olduğu bildirilib.
PKK-nın Suriya qolu YPG sıralarında döyüşən kod adı "Rəşid Sərdar" olan Nejat Çelikin cənazəsi bu gün Tütünlü kəndində torpağa tapşırılacaq.
Mediainfo.az
Digər xəbərlər