Azərbaycanın təhvil verdiyi erməni ailəsinə qarşı cinayət işi açıldı

Azərbaycanın təhvil verdiyi erməni ailəsinə qarşı cinayət işi açıldı

10 Mart 2015 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistandan könülü sürətdə Azərbaycana keçmiş, daha sonra bu ölkəyə təhvil verilmiş Gevorkyan ailəsinin üzvlərinə qarşı cinayət işi qaldırıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi (müvafiq sənədlər və icazə olmadan sərhədi keçmə) əsasında açılıb. Bu maddə maksimum 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayət işinə əsasən Yeğişe və Ruzanna Gevorkyan əsas təqsirləndirilən şəxslər qismində dindiriləcəklər.

Qeyd edək ki, Ermənistan vətəndaşları Yeğişe və Ruzanna Gevorkyanlar 3 uşaqları ilə birlikdə 2010-cu ilin yanvarında Azərbaycana keçiblər. Ailə 2014-cü ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil verilib.

Mediainfo.az