Monako Sarayı da şahzadəni evləndirməyə hazırlaşır

Monako Sarayı da şahzadəni evləndirməyə hazırlaşır

30 İyun 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)
Bəyin qaranlıq keçmişinə görə toy təxirə salına bilər

Monako şahzadəsi Albertlə sevgilisi - eks milli üzgüçü Şarlin Vitstokun toyuna saatlar qaldı. Monako sarayı sabah baş tutacaq mərasimin şahzadə Uilyamın toyundan geri qalmaması üçün dəridən-qabıqdan çıxır. Ancaq Fransa mətbuatında yer alan xəbərlər toy əhval-ruhiyyəsini bir anda "yasa" çevirməyi bacardı. "L'Express" jurnalındakı məlumata görə, gəlin namizədi şahzadənin şəxsi həyatı ilə bağlı bir sıra yenilikləri öyrəndikdən sonra bu toya qol qoymayıb. 33 yaşlı Şarlin Nayc hava limanından ölkəsinə uçmaq istəyib, amma polis onun qarşısını alıb. Qeyd edək ki, xəbər jurnalda "Albert-Şarlin - Evlilik təhlükədədir" başlığı altında çap olunub. 53 yaşlı Albertlə vəkili Sieri Lakosta isə bu xəbəri təkzib edib.

Atalar demişkən: "Jurnalist jurnalist olsa, kor qız da ərə gedər"..

Günel Həbib

O.M.