
Sabah 20 dərəcə isti gözlənilir
Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sabah cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək və ayrı-ayrı yerlədə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 isti olacağı gözlənilir. Martın 8-də ölkə ərazisində güclü şimal küləkliyi əsəcək. Temperatur bir neçə dərəcə aşağı düşəcək.
Mediainfo.az
Digər xəbərlər