
Hindistanda dəhşət!
Təcavüz edəni diri-diri yandırdılar
Mediainfo.az xəbər verir ki, ötən ay Banqladeş əsilli, Hindistanın Dimapur şəhərində yaşayan 35 yaşlı Seid Farid Xan dəfələrlə tələbə qıza təcavüz etdiyinə görə nəhayət ki, həbs olunmuşdu.
Hindistanda zorlama hadisələrinin sayının artmasından narahatçılıq keçirən əhali bu məqsədlə nümayişə çıxıblar. "Təcavüzə yox!" adlı aksiya zamanı özündən çıxan bir qrup tələbə yaxınlıqdakı cəza evinə basqın ediblər. Onlar məhbuslar arasında cəzasını çəkən Seidi tapıb, lüt-üryan edərək 7 km-dək sürüyüblər. Sonra isə hər kəsin gözü önündə onu diri-diri yandırıblar.
Bununla da təcavüz edən şəxslərə bax beləcə dərs verəcəklərini bir növ nümayiş etdirməyə çalışıblar.
Hazırladı: Könül Aypara
Digər xəbərlər