Qadın deputatların sayı 2 dəfə artıb

Qadın deputatların sayı 2 dəfə artıb

6 Mart 2015 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Son 20 ildə dünya parlamentlərində təmsil olunan qadın deputatların sayı 2 dəfə artıb.

Apa-nın məlumatına görə, bu barədə Parlamentlərarası Birliyin 8 Mart - Qadınlar Günü ərəfəsində açıqladığı hesabatda deyilir.

Lakin beynəlxalq təşkilat qərarların qəbul olunmasında qadınların rolunun çox zəif olduğunu da bildirib: "Parlamentarların 30 faizi qadın olan ölkələrin sayı son 20 il ərzində 5-dən 42-yə qədər artıb. 40 faiz qadın deputatla təmsil olunan ölkələrin sayı isə 1-dən 13-ə çatıb. Afrika ölkələri bu sahədə Avropa və Amerikanı keçə bilib".

Parlamentlərarası Birlik qeyd edib ki, bu proses 2014-cü ildə kəskin zəifləyib və qadın deputatların sayı demək olar ki, artmayıb.

Xatırladaq ki, Azərbaycan Milli Məclisində 19 qadın millət vəkili fəaliyyət göstərir.

Mediainfo.az