
Bir erməni ailəsinin 7 üzvünü qətlə yetirən rus hərbçisi haqda rəy yazılıb
Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova məhkəmə-psixiatriya ekspertizası təyin olunub. "İnterfaks"ın yaydığı məlumata görə, etibarlı mənbə bildirib ki, ekspertiza stasionar olaraq Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçiriləcək. Ekspertiza üçün 2 həftə vaxt tələb olunacaq. "Permyakovda psixi çatışmazlıqların olması barədə deyilənlər şayiələrə əsaslanır. Ekspertizanın nəticələri hələ yoxdur", - deyə mənbə bildirib.
Mediainfo.az
Digər xəbərlər