SON DƏQİQƏ! Fəhlələrin həyatı xilas olunmaqdadır

SON DƏQİQƏ! Fəhlələrin həyatı xilas olunmaqdadır

4 Mart 2015 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Baksol yolunda, Bakı Biskvit Zavodunun yaxınlığında yerləşən istifadəsiz istixana binasında qeydə alınıb. İstixananın 85 metr hündürlüyündəki tüstü borusunu sökmək üçün ora çıxan 3 fəhlə nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşüb.

Apa ölüm təhlükəsi ilə üzləşən fəhlələrin adlarını da əldə edib. Onlar - 1989-cu il təvəllüdlü Axundov Telman Əliyusif oğlu, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğludur.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. Hazırda həmin fəhlələrin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.

Mediainfo.az