Piyada qəzada öldü

Piyada qəzada öldü

2 Mart 2015 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də saat 01 radələrində Yasamal rayonunun Tbilisi prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Ağdam rayon sakini Əvəz İsmayılov vurulub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az