Penitensiar Xidmətdə müşavirə

Penitensiar Xidmətdə müşavirə

2 Mart 2015 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Penitensiar Xidmətin Baş İdarəsində müşavirə keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, xidmət üzrə fasiləsiz rabitə əlaqələrinin təmin edilməsi, mühafizə və təhlükəsizliklə bağlı avadanlıqların etibarlı saxlanılması, təlimata uyğun istismarı mövzusunda keçirilən müşavirədə mühafizə texnikası sahəsində 2014-cü ildə görülmüş işlər barəsində məlumat verilib.

İclasda 2015-ci ildə qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb, tabe qurumlarda mühəndis mühafizəsinin təhlili barədə müzakirələr aparılıb, radio rabitə vasitələri ilə bağlı slayd nümayiş etdirilib.

Mediainfo.az