Rəcəb Tayip Ərdoğan Məkkəni ziyarət edib

Rəcəb Tayip Ərdoğan Məkkəni ziyarət edib

1 Mart 2015 15:36
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə prezidenti Həzrəti Məhəmmədin qəbrini də ziyarət edəcək

Mediainfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Səudiyyə Ərəbistanındə səfərə yollanıb. O, gecəyarısı Məscidi-Harama baş çəkib. Beləcə, rəsmi heyətlə, həmçinin həyat yoldaşı Əminə Ərdoğanla bərabər Kəbəni ziyarət edib. Ziyarətdən sonra Türkiyənin prezidenti yenidən krallıqda onun üçün ayrılmış qonaq evinə qayıdıb. Deyilənə görə, R.Ərdoğan Mədinə şəhərində yerləşən Həzrəti Məhəmmədin qəbri olan Məscidi-Nəbəvini də ziyarət etməyi planlaşdırır.

Məkkə və Mədinə ziyarətlərindən sonra Rəcəb Tayip Ərdoğan Riyada keçərək, Səudiyyə Ərəbistanının kralı Səlman Bin Əbdüləziz Əl Sudla görüşəcək.

Mediainfo.az