Qahirədəki toqquşmalarda 200 nəfərdən çox adam yaralanıb

Qahirədəki toqquşmalarda 200 nəfərdən çox adam yaralanıb

29 İyun 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə Qahirədə gənclərlə polis arasında baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 201 nəfərə çatıb. Yaralılardan 140 nəfərə meydanda ilkin tibbi yardım göstərilib, daha 60 nəfər xəstəxanaya aparılıb. Toqquşma qurbanları xəstəxanalara əsasən kəsici-deşici yaralar, gözyaşardıcı qazdan zəhərlənmə diaqnozu ilə gətiriliblər. Hazırda xəstəxanalarda 10 yaralı həkim nəzarəti altındadır, onlardan biri güllə yarası alıb. Xatırladaq ki, dünən gecə bir qrup gənc teleqüllə yaxınlığında və "Təhrir" meydanında qarışıqlıq törədib. Polis iğtişaşçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hazırda "Təhrir" meydanında polislə gənclər arasında toqquşmalar davam edir.

"Təhrir" meydanında qan su yerinə axdı.

Tofiq Əliyev

O.M.