Biləcəridə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Biləcəridə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

27 Fevral 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC Mətbuat Katibliyindən verilən məlumata görə, məhdudiyyət 2015-ci il fevralın 28-i axşam saat 20:00-dan martın 1-i səhər saat 8:00-a qədər tətbiq olunacaq.

Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Mediainfo.az