
“Mickey və Minnie Mouse” Misiri qarışdırdı
Misirli bir milyarder "Mickey və Minnie Mouse"un çadradakı karikaturasını "Twitter"dəki səhifəsinə yerləşdirib. Bütün bunlar da ölkədə qarşıdurmaya səbəb olub. Polis bölməsinə ərizə ilə müraciət edən bir qrup vəkil bu şəklin İslam dinini alçaltdığını iddia edir. Xristianlığı qəbul etmiş iş adamı Nakib Saviris isə məqsədinin İslam dininə ziyan vurmaq olmadığını, sadəcə rəsmlərin gülməli olduğu üçün səhifəsinə yerləşdirdiyini bildirib. Və üzr istəyib. Xatırladaq ki, ünlü iş adamının bu səhv hərəkəti onun biznesinə və siyasi həyatına da mənfi təsir göstərib.
Səhvsiz
insan yoxdur. Amma elə səhvlər var ki, acı nəticələrə səbəb olur.
Günel
Həbib
O.M.
Digər xəbərlər