
Arif Yunusun şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun apellyasiya şikayətinə baxılıb. Məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Ötən il avqustun 5-də həbs edilən A. Yunusun barəsində məhkəmə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Oktyabr ayında həmin müddət fevral ayına, fevralın 23-də isə 5 ay artırılıb. Apellyasiya şikayəti sonuncu məhkəmə qərarından verilib.
Mediainfo.az
Digər xəbərlər