
“İŞİD” başkəsəninin adı açıqlandı
"İraq-Şam İslam Dövləti"nin (İŞİD) bir nömrəli cəlladının kimliyi açıqlanıb. Baş kəsilən videolarda əlində bıçaq çıxış edən və "Cihadçı Con" kimi tanınan maskalı şəxsin əsl adı Məhəmməd Emvazidir. O, İngiltərə vətəndaşıdır və uzun müddət Londonda yaşayıb.
Emvazi amerikalı jurnalist James Foleyin başını kəsmişdi və onun çıxışı ilə müşayiət olunan edam videosu "Youtube"yə yerləşdirilmişdi. O, Qərb ölkələrinin vətəndaşlarına qarşı daha aqressivdir.
Məhəmməd James Foleydən başqa amerikalı jurnalist Steven Sotloff, britaniyalı yardım işçisi David Haines, britaniyalı taksi sürücüsü Alan Henning və amerikalı yardım işçisi Abdul-Rahman Kassiqin başlarını da kəsib.
Yaponiyalı girovlar Haruna Yukava və Kenji Gotonun edam səhnələrində də Məhəmməd Emvazi çıxış edib.
Mediainfo.az