Piyadanı vurub öldürən sürücü tapıldı
Fevralın 25-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobil tərəfindən yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfər xəsarət alıb. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Ford" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az