
Günün havasından xəbəriniz olsun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Bakıda gecə 21-23, gündüz 28-30° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 70-80 faiz, gündüz 30-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-21° isti, gündüz 32-37° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 11-16° isti, gündüz 22-27° isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti təşkil edəcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 18-23° isti, gündüz 30-35° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 17-22° isti, gündüz 29-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.
Havalar necə olursa-olsun, təki sizin HAVANIZ yaxşı olsun!
Günel Həbib
O.M.